İstehlakçılarımızı və markalarımızı sevirik
Hər gün böyüyürük
Biz əldə etdiyimiz məhsullara görə məsuliyyət daşıyırıq
Yeniliklərə inam və açıqlığa əsaslanan bir korporativ mədəniyyət qururuq. Biz vahid ideya və ortaq məqsədlərlə birləşən həmfikir insanların bir qrupda işləmək bacarığı sayəsində müvəffəqiyyətlər əldə edirik.
Daha yaxşı nəticələr əldə etmək və işimizin bütün sahələrində yeni texnologiyalar tətbiq etmək üçün daim yeni imkanlar axtarırıq. Biz peşəkarları salamlayır və bərabər böyüməyə çalışan yeni işçilərimizi öz sıralarımızda görməyə çox şadıq.
və istənilən halda dayanaqlı fəaliyyət göstəririk. Bizim əsas dəsti-xəttimiz – dürüstlük, orijinallıq və şəffaflıqdır. Biz yalnız bir-birimizlə deyil, fermerlərimiz, tədarükçülərimiz, tərəfdaşlarımız, müştərilərimiz, ümumiyyətlə cəmiyyətimizin digər üzvləri ilə də real əlaqələr qururuq.
Qəbələdə yerləşən müəssisəmiz ölkənin ən təmiz və müasir qəlyanaltı istehsal edən zavodlarından biridir.
Son bir neçə ildə “Chipsim” məhsullarına fərdi qaydada yanaşmaqla onlara yeni dadlar əlavə etdik, “İmpuls” və “Bağdan” kartof çipslərini kəşf etməklə portfelimizi genişləndirdik, pərəstişkarlarımızın sevə biləcəyi yeni kateqoriyalar yaratdıq. Çox ləzətli dadla yanaşı, misilsiz kulinariya keyfiyyətinə malik, yeni, yerli kartof fri markasını da istehsal etdik.
Bu gün ilk addımlarımıza nəzər saldıqda, çips və kartof fri qəlyanaltını həyatının bir hissəsinə çevirən bütün sevənlərimizə ürəkdən minnətdarıq.
“The Snack Company”də həmişə işinə məsuliyyətlə yanaşan insanlar çalışıblar. Əvvəlcə mətbəximizə və daha sonra evinizə daxil olmuş məhsullar hər bir işçimizin ona ayırdığı vaxt, diqqət və qayğısının nəticəsidir. Müştərilərimizi dəstəkləmək və istehlakçılarımızı sevindirmək üçün əla məhsullar və böyük markalar yaratdığımıza inanırıq. Biz yalnız onu istəyirik: “The Snack Company” şirkətinin adı buraxdığımız təbii və möhtəşəm məhsullarımızın qarantı olsun.
” The Snack Company ” MMC – də Personalın QTİS mədəniyyətində iştirakı üçün aşağıdakı vasitələrdən istifadə olunur :